"Şamaxı" Polşa klubu ilə qarşılaşacaq

17.07.2024 13:24 339
Ölkə futbolu
Nöbəti mövsüm Misli premyer-liqasında mübarizə aparacaq “Şamaxı” yay təlim-məşq toplanışını davam etdirir.

"Football-plus.az" xəbər verir ki, bölgə təmsilçisinin yoxlama oyunu keçirəcəyi növbəti komanda müəyyənləşib. "Şamaxı" Polşa “Pelikan”ı ilə qarşılaşacaq. 3-cü liqa təmsilçisi ilə oyun 20 iyul, saat 18.00-da Şamaxı şəhər stadionunda start götürəcək.

Qeyd edək ki, "Şamaxı" bu yay ilk yoxlama matçında "Kəpəz"ə 2:1 hesabı ilə qalib gəlib.