Berqamodan Madridə üz tutdu

19.07.2025 11:00 26
Dünya futbolu
“Atletiko” heyətini yeni futbolçu ilə gücləndirib.

"Football-plus.az" xəbər verir ki, Madrid təmsilçisi “Atalanta”dan Matteo Ruccerini transfer edib. İtaliya millisinin 22 yaşlı yarımmüdafiəçisi ilə bağlanan müqavilənin müddəti 2030-cu ilin yayına qədər nəzərdə tutulub.

Matteo “Atalanta”nın yetrməsidi. O, əsas komandanın heyətində bütün turnirlərdə 109 oyun keçirib, 2 qol vurub və 10 məhsuldar ötürmə edib.