Hakimlərimiz yeni mövsümə harda hazırlaşacaq? – rəsmi açıqlama

2.07.2025 17:58 40
Aktual / Ölkə futbolu
Hakimlərimiz üçün yay təlim-məşq toplanışının keçiriləcəyi vaxt bəlli olub. Bu barədə “Football-plus.az”a AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Məmmədli məlumat verib.

Qurum rəsmisinin sözlərinə görə, Bakıda baş tutacaq toplanış iyulun sonu - avqustun əvvəlini əhatə edəcək. Elnur bəy toplanışın ölkə xaricində keçirilməməsinin səbəbini belə izah edib:
“Hələ əlavə detallar bəlli deyil. Bununla belə, yay aylarında xaricə yollanmağın mənası yoxdu. Komandaların hərəsi bir bölgədədi. Qışda klubların çoxu Türkiyədə olur. Yay aylarında isə müxtəlif şəhərlərə yollanırlar. Bu üzdən xaricə yollanmaq məsələsi qışda daha rahatdı”.
Xatırladaq ki, hakimlərin ötənilki yay təlim-məşq toplanışı da Bakıda – Milli Komandaların Təlim-Məşq Mərkəzində baş tutub.

KƏNAN BAHADIR

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul