Tahir Gözəl "Sabah"ı təbrik etdi

26.08.2026 02:00 1
Avrokuboklar
“Qarabağ”ın prezidenti Tahir Gözəl “Sabah”ı Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edib.

"Football-plus.az" xəbər verir ki, "Sabah" ilk görüşdə 1:2 hesabı ilə uduzsa da, cavab matçında 5:2 hesabı ilə qalib gəlib. Gözəl bu oyunu Tofiq Bəhramov adına Respublika Stadionundan izləyib.

O, görüşdən sonra Ağdam təmsilçisinin mətbuat xidmətinə açıqlama verərək paytaxt klubuna liqa mərhələsində uğurlar arzulayıb:

“Sabah” Futbol Klubunu bu mühüm uğur münasibətilə ürəkdən təbrik edirəm. Belə bir qələbəyə stadiondan şahidlik etmək mənim üçün xüsusi qürur və sevinc idi. Azərbaycan bayrağının Çempionlar Liqasının liqa mərhələsində yenidən dalğalanacaq olması bu nəticəni bizim üçün daha da dəyərli edir və bütövlükdə futbolumuz ilə xalqımız adına böyük nailiyyətdi. “Sabah” Futbol Klubuna “Qarabağ” Futbol Klubu adından Çempionlar Liqasının liqa mərhələsində uğurlar arzulayıram və komandaya bu mötəbər turnirdə layiqli çıxış arzu edirəm”.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul