Yığmamız 3-cü pilləyə düşdü – 1-ci yer Azərbaycanın nəyinə lazımdı?

26.08.2026 09:50 5
Aktual / İdman
Dünən futbol gündəmi zəbt etdi deyə, Bakıda qadın voleybolçular arasında keçirilən Avropa çempionatı arxa plana keçdi. Amma turnirdə dünən keçirilən oyunların nəticələrinin heç də yığmamızın maraqlarına xidmət etmədiyini vurğulamalıyıq. Əvvəlcə nəticələrə baxaq:
Rumıniya – Belçika 0:3 (21:25, 20:25, 17:25)
Niderland – İspaniya 3:0 (25:13, 25:11, 25:16)
Hazırda turnir cədvəlində vəziyyət belədi:
1. Niderland 3 3 0 9-2 8
2. Belçika 3 3 0 9-2 8
3. Azərbaycan 3 3 0 9-3 8
4. Rumıniya 3 0 3 4-9 2
5. İspaniya 3 0 3 2-9 1
6. Portuqaliya 3 0 3 1-9 0
Faiq Qarayevin rəhbərlik etdiyi komanda bu gün Belçika, avqustun 28-də isə Niderland ilə qarşılaşacaq. İlk baxışdan turnir cədvəli ilə bağlı narahatlıq doğuran hansısa məqam yoxdu. Yəni yığmamız onsuz da ilk 4 yerdən birinin sahibi kimi 1/8 finala adlayacaq. Amma burda bir prinsipial məqam var. С qrupunun çıxan komandalar növbəti mərhələdə A qrupunda ilk 4 yeri tutanlarla qarşılaşacaq. Həmin qrupda Türkiyə, Polşa, Almaniya, Sloveniya, Latviya və Macarıstan yer alıb. Həmin qrupda ilk 3 turdan sonra komandalar belə sıralanıb: Türkiyə, Polşa, Almaniya, Sloveniya, Latviya, Macarıstan. Çox güman, bu sıralama qorunacaq. Yəni yığmamız qrupda 3-cü yeri tutarsa, avtomatik A qrupunun ikincisi, indiki halda Polşa ilə qarşılaşacaq. 2-ci yeri tutarsa, Almaniya ilə qarşılaşmaq ehtimalı var. Allah eləməmiş, 4-cü olsaq, onda çox güman, bizi Türkiyə gözləyəcək. İstanbulda, dolu tribunalar önündə. Odu ki, ən yaxşısı nə qədər çətin olsa da, qalan iki oyunda maksimum nəticəyə can atmaq lazımdı. Qrup birincisi olmaq 1/8 finalda daha münasib rəqiblə qarşılaşmaq deməkdi. Sonrasına isə baxarıq.
ORXAN

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul