Rövşən Nəcəfdən "Sabah"a təbrik

26.08.2026 01:30 7
Avrokuboklar
AFFA-nın prezidenti Rövşən Nəcəf “Sabah”ı Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda “Hapoel"i (Beer Şeva) 5:2 hesabı ilə üstələyərək liqa mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edib.

"Football-plus.az" xəbər verir ki, o, bu uğurla bağlı öz sosial şəbəkə hesablarında paylaşım edib. Nəcəf yazıb:

“Sabah”ı Çempionlar Liqasının liqa mərhələsinə yüksəlməsi münasibətilə ürəkdən təbrik edirəm! Komandamıza qarşıdakı oyunlarda uğurlar arzulayıram".