Prezident "Sabah"ı təbrik etdi

26.08.2026 11:25 3
Ölkə futbolu
Prezident İlham Əliyev "Sabah"ı Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə əldə etməsi münasibətilə təbrik edib.

"Football-plus.az" xəbər verir ki, bu barədə Prezidentin "X" hesabında paylaşım edilib.

"Sabah" futbol klubunu möhtəşəm zəfər qazanaraq UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə əldə etməsi münasibətilə ürəkdən təbrik edirəm. Yeni yaradılmış bir komandanın qısa müddət ərzində belə böyük nailiyyətə imza atması xüsusi sevinc və qürur doğurur. Klublarımızın ardıcıl ikinci dəfə dünyanın ən güclü klub turnirinin əsas mərhələsində mübarizə aparmaq hüququ qazanması Azərbaycanın bütün sahələrdə əldə etdiyi tərəqqinin, ölkəmizin idman dövləti kimi mövqeyinin daha bir bariz göstəricisidir.

"Sabah" klubuna qarşıdakı matçlarda yeni-yeni qələbələr və uğurlar arzulayıram!", - paylaşımda qeyd olunub.

Xatırladaq ki, Çempionlar Liqasının pley-off mərhələsində İsrail "Hapoel" inə (Beer-Şeva) səfərdə 1:2 hesabı ilə məğlub olan "Sabah" Bakıda 5:2 hesablı qələbə ilə Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanıb.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul