"Karvan-Yevlax"dan növbəti transfer

26.08.2026 11:56 99
Ölkə futbolu
"Karvan-Yevlax" heyətini yeni futbolçu ilə gücləndirib.

"Football-plus.az" xəbər verir ki, komanda Nemət Şixamirovla anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Nemət Şixamirov son olaraq "Şimal"da çıxış edib.