Ümumdünya Universiadasının cüdo proqramında 62 ölkədən 399 idmançı mübarizə aparacaq.
"Football-plus.az" xəbər verir ki, kişilərin yarışında 216, qadınlarda isə 183 cüdoçunun çıxış edəcəyi açıqlanıb.
Ən böyük heyətə Yaponiya, Braziliya, Cənubi Koreya, Ukrayna, İspaniya, Rusiya və Hindistan komandaları malik olacaq - hər biri 14 idmançı.
İyulun 16-27-də Almaniyanın Reyn-Rur bölgəsində keçiriləcək Universiadada Azərbaycanı 12 cüdoçu təmsil edəcək: Babarəhim Mirzəyev (60 kq), Nazir Talıbov (66 kq), Nəriman Mirzəyev (73 kq), Süleyman Şükürov (81 kq), Elcan Hacıyev (90 kq), Şamil Tuncay (100 kq), Ramazan Əhmədov (+100 kq), Könül Əliyeva (48 kq), Aydan Vəliyeva (52 kq), Fidan Əlizadə (57 kq), Aytac Qardaşxanlı (70 kq), Nərmin Əmirli (78 kq) və Nigar Süleymanova (+78 kq).
Qeyd edək ki, Universiadada cüdo yarışları iyulun 23-26-da keçiriləcək.