Oktyabrın 28-29-da Bosniya və Hersoqovinanın paytaxtı Sarayevoda gənc cüdoçular arasında Avropa çempionatı keçiriləcək.
“Football-plus.az” saytının məlumatına görə, oğlanların mübarizəsinə Nazir Talıbov, Kənan İsmayılov (hər ikisi 60 kq), Ruslan Paşayev (66 kq), Rəşid Məmmədov, Nəriman Mirzəyev (hər ikisi 73 kq), Məhərrəm İmamverdiyev (82 kq), İsmayıl Zamanov (90 kq) və Ruslan Nəsirli (100 kq) qatılacaq.
Ramilə Əliyeva, Könül Əliyeva ( hər ikisi 48 kq), Aydan Vəliyeva (52 kq), Aytac Qardaşxanlı (63 kq), Südabə Ağayeva (70 kq) və Nərmin Əmirli (78 kq) isə qızların yarışında ölkəmizi təmsil edəcək.
Qeyd edək ki, qitə birinciliyinin mükafatları uğrunda 40 ölkədən 306 cüdoçu mübarizə aparacaq.