Ötən ay “Qarabağ-2” ilə yollarını ayıran Cavad Mirzəbəylinin artıq yeni iş yeri var.
“Football-plus.az”ın əldə etdiyi məlumata görə, mütəxəssis ölkənin U-21 yığmasında Ayxan Abbasovun köməkçisi təyin olunub.
Xatırladaq ki, Cavad Mirzəbəylinin yerini də Maksim Medvedev tutub. Cavad bəyin baş məşqçi olduğu “Qarabağ”ın əvəzediciləri ötən mövsümü 58 xalla bitirib.
MÜZƏFFƏR QULUZADƏ
Medvedev əvəzedici heyətə, Mirzəbəyli Ayxan Abbasovun yanına
Aktual / Ölkə futbolu





