"Qəbələ" onlarla yollarını ayırdı

13.06.2022 21:24 517
Premyer-liqa
"Qəbələ” iki futbolçu ilə yollarını ayırıb.

"Football-plus.az" klubun saytına istinadən xəbər verir ki, qapıçı Nicat Mehbalıyev və yarımmüdafiəçi Ehtiram Şahverdiyev 2022-2023-cü illər mövsümündən “qırmızı-qara” formada çıxış etməyəcək. 2021-ci ilin yayından “Qəbələ”nin şərəfini qoruyan Nicatın icarə müddəti başa çatıb. O, 2021-2022-ci illər mövsümündə komandanın heyətində 28 oyun keçirib.

Ehtiramla başa çatan müqavilənin müddəti uzadılmayıb. “Qəbələ”də 2015-2016-cı illər mövsümündə debüt edən futbolçu əsas komandada ümumilikdə 42 matç (1 qol) keçirib.