"Football-plus.az" xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "İdman TV"yə açıqlamasında deyib.
53 yaşlı mütəxəssis bir neçə oyunçu ilə danışıqlar aparıldığını deyib:
"Lakin danışıqlar tam istədiyimiz kimi getmir. Oyunçular daha yaxşı təklif gözləyir. İşimiz asan deyil".





