“Araz-Naxçıvan”ın yeni transferi bəladan xilas oldu – Təl-Əvivdən Bakıya...

24.06.2025 19:55 34
Aktual / Ölkə futbolu
“Araz-Naxçıvan”ın yeni transferi Bar Kohenin İsrail - İran müharibəsi üzündən ölkəsindən – İsraildən Azərbaycana gələ bilmədiyini xəbər vermişdik. Futbolçu uçuşların ləğv edilməsinə görə ölkəmizə təşrif buyura bilmirdi. Məsələ artıq həllini tapıb.

Bu barədə “Football-plus.az”a Muxtar Respublika təmsilçisinin mətbuat xidmətinin rəhbəri Mahal Məmmədov məlumat verib. Klub rəsmisi oyunçunun Bakıya gəldiyini bildirib:
“Kohen ölkəmizdədi. Komandanın iki məşqində iştirak edib. Hər şey qaydasındadı. Hansısa psixoloji problemi yoxdu. Özünü yaxşı hiss edir”.
Xatırladaq ki, “qırmızı-ağlar” Kohenlə birillik müqavilə imzalayıb.

KƏNAN BAHADIR