Virts üçün növbəti variant

26.05.2025 19:25 8
Dünya futbolu
Florian Virts üçün növbəti variant ortaya çıxıb.

"Football-plus.az" xəbər verir ki, “Liverpul” rəhbərliyi “Bayer-04”ün futbolçusunu hədəfə alıb.

“The Athletic”in jurnalisti Devid Ornstaynın məlumatına görə, İngiltərə klubu razılaşmanı qısa zamanda əldə etmək istəyir. Mersisaydlılar yarımmüdafiəçinin keçidi üzrə çalışmalarda artıq “Bavariya”dan önə çıxıblar. 

O da bildirilir ki, “Mançester Siti” artıq 22 yaşlı oyunçunu transfer etmək planından daşınıb.

Florian bu mövsüm “Bayer-04”ün heyətində 45 oyuna çıxaraq 16 qol vurub və 15 məhsuldar ötürmə edib.