UEFA "Qarabağ"a ödəniş etdi

21.06.2025 13:29 8
Ölkə futbolu
UEFA "Qarabağ"a Avropa Liqasının 2024/25 mövsümündə əsas mərhələdə iştirakına görə ödəniş edib.

"Football-plus.az" xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

UEFA tərəfindən ayrılmış 753.608 (yeddi yüz əlli üç min altı yüz səkkiz) avro maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə Ağdam təmailçisinin hesabına köçürülüb.