UEFA "Qarabağ"a ödəniş etdi

4.04.2024 17:05 141
Ölkə futbolu
UEFA növbəti dəfə "Qarabağ"a ödəniş edib.

"Football-plus.az" xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb. Ağdam təmsilçisi Avropa Liqasında pley-offa vəsiqə qazanması və 1/8 final mərhələsinə yüksəlməsinə görə 1 milyon 700 min avro verilib.

Maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.