"Sabah"ın U-14 komandası beynəlxalq turnirdə - 3 oyun, 27 qol

19.06.2025 17:19 10
Ölkə futbolu
“Sabah”ın U-14 komandası Qazaxıstanın Konayev şəhərində keçirilən “More Futbola” beynəlxalq futbol turnirində iştirak edir.

"Football-plus.az" xəbər verir ki, İlqar Mənsimovun baş məşqçisi olduğu komanda turnirdə keçirdiyi ilk üç oyunun hər birində qələbə qazanıb.

U-14 Qırğızıstan təmsilçisi “Momunov Futbol Akademiyası”nı 8:1, Qazaxıstanın “Ceyran” komandasını 10:0, “Kayrat Aksay” komandasını isə 9:0 hesabı ilə məğlub edib.

Sabah – Momunov 8:1
Əli Hacıyev (3), Həsən Ramazanov, Həsən Məhmədov (2), Murad Məmmədzadə (2).

Ceyran – Sabah 0:10
Murad Məmmədzadə (3), Əli Hacıyev (3), Həsən Ramazanov (2), Həsən Məhmədov, Xəyyam Məmmədcəfərli.

Sabah – Kayrat Aksay 9:0
Əli Hacıyev (3), Murad Məmmədzadə (3), Həsən Məhmədov, Oğuz Talıblı, Ülvi Əlizadə.