Həmyerlimiz Həsən Nəzərli Türkiyə 1-ci Liqasında debüt edib.
"Football-plus.az" xəbər verir ki, gənc yarımmüdafiəçi ilk dəfə "Ankagücü"nün heyətində bu şansı qazanıb.
17 yaşadək futbolçulardan ibarət yığmamızın üzvü "Ərzurumspor"la görüşün 84-cü dəqiqədə meydana daxil olub. Bunadək o, Ankara klubunun U-19 komandasında çıxış edib.
Qeyd edək ki, "Ankaragücü" ilk turda "Şanlıurfaspor"a 2:0 hesabı ilə qalib gəlib.