Daha bir cüdoçumuz mübarizəyə başlayır - DÇ

19.06.2025 10:20 5
İdman
Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatı davam edir.

"Football-plus.az" xəbər verir ki, bu gün daha bir cüdoçumuz mübrizəyə qoşulacaq.

Uşanqi Kokauri (+100 kq) fərdi yarışın 1/32 finalında Serbiya təmsilçisi İqor Vraçarla üz-üzə gələcək.

Qeyd edək ki, ölkəmizdə mundialda 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edir. Millimiz həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.

Daha əvvəl cüdoçularımızdan Zelim Tçkayev (81 kq), Elcan Hacıyev (90 kq) və Zelim Kotsoyev (100 kq) bürünc medal qazanıblar.