Azarkeşlər cəzasını aldılar

19.06.2025 13:50 7
Dünya futbolu
“Atletiko”nun dörd azarkeşi cəzalanıb.

"Football-plus.az" xəbər verir ki, onlar “Real”ın futbolçusu Vinisius Juniora qarşı irqçiliyə görə həbs ediliblər.

Bir müddət əvvəl “Atletiko”nun azarkeşləri Madrid derbisindən əvvəl Vinisiusu hədələmişdilər. Onlar körpüdən Juniorun görünüşündə bir kukla asmışdılar. Madrid prokurorluğu isə azarkeşlər haqda araşdırmaya başlamışdı. Artıq istintaq başa çatıb və dörd azarkeş həbs olunub.

Madrid Əyalət Məhkəməsi müttəhimlərdən birini 1 il 10 ay müddətinə həbs cəzasına məhkum edib. Digər üç nəfər isə 14 aylığa həbs olunublar. Bundan əlavə, birinci müttəhim 1084 avro, digər üç nəfər isə 720 avro cərimə olunub.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul