Tezliklə “Cəngavər” olacaq

17.06.2025 12:26 11
Dünya futbolu
Devid Bekhem uğurlarla zəngin olan həyatında növbəti dəfə fərqləndirilib.

"Football-plus.az" xəbər verir ki, o, tezliklə “Cəngavər” rütbəsi alacaq.

“The Sun” qəzetinin məlumatına görə, İngiltərə yığmasının sabiq yarımmüdafiəçisinin adı Kral III Çarlzın siyahısına daxil edilib. Bir sıra sahələr üzrə fərqlənən şəxslərin dəqiq rütbələrinin iyun ayının sonunda elan ediləcəyi gözlənilir.

“Mançester Yunayted”in yetirməsi olan Bekhem daha çox “qırmızı şeytanlar”ın sıralarında keçirdiyi oyunlarla tanınır. O, bu klubla 6 dəfə İngiltərə çempionluğunu qazanıb, İngiltərə kubokunun və Çempionlar Liqasının qalibi olub.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul