Eltac Səfərli Münhendə ikinci yeri tutdu

16.06.2025 10:28 17
İdman
Almaniyanın Münhen şəhərində keçirilən "International Whitsun" şahmat turniri başa çatıb.

"Football-plus.az" xəbər verir ki, Azərbaycan qrossmeysteri Eltac Səfərli yarışda ikinci yeri tutub.

O, 9-cu turda Kirill Alekseenkoya (Avstriya) qalib gələrək xallarını sayını 7,5-ə çatdırıb. Eltac lider Elham Amara çatsa da, əlavə göstəricilərdə norveçlidən geri qalıb.

Qeyd edək ki, turnirdə ümumilikdə 152 şahmatçı iştirak edib.