Almaniyanın Münhen şəhərində keçirilən “International Whitsun” şahmat turniri davam edir.
"Football-plus.az" xəbər verir ki, Azərbaycan şahmatçısı Eltac Səfərli yarışa iki qələbə ilə başlayıb.
O, Almaniyadan olan rəqiblərinə qalib gələrək liderlər qrupuna düşüb.
Qeyd edək ki, İsveçrə sistemi üzrə 9 tur davam edəcək turnirdə 20-si qrossmeyster olmaqla 157 zəka sahibi mübarizə aparır.