“İmişli” hara, portuqaliyalı məşqçi hara?!

27.05.2025 23:30 398
Aktual / Ölkə futbolu
2-ci liqada son turun “Difai” – “İmişli” oyununu izləyənlər arasında sürpriz qonaq da olub.

Mediada yer alan iddialara inansaq, portuqaliyalı çalışdırıcı Kristiano Souza növbəti mövsümdən “İmişli”ni çalışdırmağa başlayacaq.

Bu xəbərin nə dərəcədə doğru olduğunu klubun İdarə Heyətinin sədri Aqşin Mürsəlovdan soruşduq. Onun “Football-plus.az”a cavabı:

“Razılığa gələ bilsək, ehtimal yüksəkdi. Amma hələ dəqiq bir söz deyə bilmərik”.

ƏSƏD SEYİDOV