MS-dən daha bir transfer

12.06.2025 19:58
Dünya futbolu
“Mançester Siti” qapı xəttinə yeni oyunçu cəlb edib.

Klubun rəsmi saytının xəbərinə görə, “Çelsi”dən Markus Bettinelli transfer edilib. 33 yaşlı qapıçı ilə birillik müqavilə imzalanıb.

İngiltərəli futbolçu 2021-ci ildən “Çelsi”nin üzvü idi. O, ötən müddətdə yalnız bir rəsmi oyunda meydana çıxıb.