Bu gün yoldaşlıq oyunu çərçivəsində keçiriləcək Azərbaycan - Macarıstan matçı üçün heyətlər açıqlanıb.
"Football-plus.az" xəbər verir ki. komandalar saat 20.00-da başlayacaq matça aşağıdakı tərkibdə çıxacaqlar.
Azərbaycan: Rza Cəfərov, Bəhlul Mustafazadə, Rəhman Daşdəmirov, Cəlal Hüseynov, Abbas Hüseynov, Elvin Cəfərquliyev, İsmayıl İbrahimli, Emin Mahmudov (k), Anatoli Nuriyev, Mahir Emreli, Renat Dadaşov.
Macarıstan: Balaj Tot, Villi Orban, Loik Neqo, Marton Dardai, Andras Şefer, Bendequz Bolla, Jolt Naqi, Aleks Tot, Roland Sallai, Dominik Soboslai (k), Barnabas Varqa.