Millimizin Latviya və Macarıstanla keçiriləcək yoldaşlıq oyunları üçün heyəti müəyyənləşib.
"Foorball-plus.az" xəbər verir ki, baş məşqçisi Fernando Santuş keçirdiyi mətbuat konfransında milliyə çağırdığı futbolçuların adlarını özü açıqlayıb.
Portuqaliyalı mütəxəssis 25 futbolçuya dəvət göndərib.
Qapıçılar: Rza Cəfərov (Neftçi), Şahrudin Məhəmmədəliyev (Qarabağ), Aydın Bayramov (Zirə)
Müdafiəçilər: Abbas Hüseynov, Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Elvin Cəfərquliyev (hamısı "Qarabağ"), Mərt Çəlik (Səbail), Zamiq Əliyev ("Eqnatiya", Albaniya), Rəhman Daşdəmirov (Sabah), Elvin Bədəlov (Sumqayıt), Cəlal Hüseynov (Şamaxı)
Yarımmüdafiəçilər: Səbuhi Abdullazadə (Sumqayıt), Ceyhun Nuriyev, İsmayıl İbrahimli (Zirə), Rauf Rüstəmli (Şamaxı), Şahin Şahniyarov (Qəbələ), Emin Mahmudov (Neftçi), Anatoli Nuriyev (Sabah), Toral Bayramov (Qarabağ)
Hücumçular: Mahir Emreli ("Nürnberq", Almaniya), Nəriman Axundzadə, Musa Qurbanlı (Qarabağ), Xəyal Əliyev (Sabah), Renat Dadaşov ("Radomyak", Polşa)
Qeyd edək ki, millimiz iyunun 7-də Riqada yerləşən “Skonto” stadionunda Latviya və iyunun 10-da “Liv Bona Dea Arena”da Macarıstan yığması ilə qarşılaşacaq.