Fernando Santuş Tovuza getməyib

31.03.2025 15:52 31
Aktual / Ölkə futbolu
Tovuz şəhər stadionunda yeni inşa olunmuş əsas korpus binasının açılış mərasimi keçirilib. Yığmanın baş məşqçisi Fernando Santuşu iştirakçılar arasında görmədik.

Bu üzdən bizdə sual yarandı ki, bəlkə portuqaliyalı mütəxəssis vətəninə yollanıb?

AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Elnur Məmmədlinin cavabı:
“Fernando Santuş Tovuza getməmişdi. Xeyr, Bakıdadı və Portuqaliyaya qayıtmayıb”.

ƏSƏD SEYİDOV