"Şansımı qaçırmağımda ciddi problem yoxdu" - Bəhlul Mustafazadə

21.03.2024 17:30 172
Yığma / Manşet
Millimizin müdafiəçisi Bəhlul Mustafazadə “FIFA series – Edition 2024” çərçivəsində Monqolustan yığması ilə keçiriləcək oyundan öncə mətbuat konfransında iştirak edib.

"Football-plus.az" xəbər verir ki, 27 yaşlı futbolçu jurnalistlərin suallarını cavablandırıb:

- Bizi fərqli futbol mədəniyyətlərinə aid komandalarla oyunlar gözləyir. Yaxşı təcrübə olacaq. Qalib gəlməyə çalışacağıq.

- Yorğunluq var?
- Milli komandadakı ab-hava yüksək səviyyədədi. Hər şey qaydasında gedir. Bura millidi və bunu "Qarabağ"ın oyunçuları olaraq bilirik. Hansısa yorğunluğa baxmayaraq, millidə bütün futbolçular ikiqat məsuliyyətlə çalışır.

- "Bayer-04"lə görüşün son dəqiqələrində şanssızlıq yaşadıq. Şəxsi motivasiyan yerindədi?
- Hər şey qaydasındadı. "Bayer-04"ə qarşı iki gözəl oyun keçirdik. Azərbaycan xalqı da bu mübarizədən məmnun qaldı. Psixoloji baxımdan mənə təsir etmir. 100 milyonluq oyunçu 5 metrdən qapıya düşmürsə, mənim də şansımı qaçırmağımda ciddi problem yoxdu.