Olimpiya çempionu cəzalandı

9.06.2025 05:59 9
İdman
Əlcəzairli olimpiya çempionu İman Xelif yeni məcburi genetik gender testindən keçənədək bütün yarışlardan uzaqlaşdırılacaq.

"Football-plus.az" xəbər verir ki, bu barədə "World Boxing" məlumat yayıb.

Təşkilat kişilər və qadınlar arasında yarışacaq boksçuların uyğunluğunu müəyyənləşdirmək üçün məcburi gender testləri tətbiq ediləcəyini açıqlayıb.

Həvəskar boksu tənzimləyən beynəlxalq idman qurumu bildirib ki, İman Xelif iyunun 5-10-u aralığında keçiriləcək "Eindhoven Box Cup" turnirində qadınlar kateqoriyasında iştirakla bağlı yaranan narahatlıqlardan sonra gender testindən keçiriləcək.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul