Redon Cica evləndi

8.06.2025 13:54 40
Ölkə futbolu
"Qarabağ"ın futbolçusu Redon Cica evlənib.

"Football-plus.az" xəbər verir ki, 26 yaşlı hücumçu Kristina adlı xanımla ailə həyatı qurub.

Cütlüyün toy mərasimi Cicanın vətəni Albaniyada keçirilib.

Qeyd edək ki, Redon Cica 2023-cü ilin yanvar ayından Ağdam təmsilçisinin şərəfini qoruyur.