Yığmanın kapitanı evləndi

16.11.2023 12:57 236
Aktual / İdman
Basketbol üzrə millimizin və “Xəzri”nin kapitanı Amil Həmzəyev ailə həyatı qurub. 33 yaşlı oyunçu Aygün adlı xanımla Bakıda yerləşən “Neptun” restoranında dünya evinə girib.

Bu barədə basketbolçunun dostları “Football-plus.az”a məlumat verib.

Toyda idman ictimaiyyətinin bir çox nümayəndələri iştirak edib.

CAVİD ƏLİYEV