“Sabah”ın kuboku qazanması ilə “Turan Tovuz”un avrokubok xəyalları puç oldu.
Avrokuboklara yollana bilməyən qərb təmsilçisinin bu mövsümünü uğurlu saymaq olarmı? Sualı “Kəpəz”in sabiq baş məşqçisi Azər Məmmədova ünvanladıq:
“Turan Tovuz”un çıxışı mənim ücün qənaətbəxşdi. Mövsüm ərzində ilk “4-lük”də yerini qorudu və sona qədər avrokubok şansını saxladı, çempionata maraq qatdı. Bəzi anlarda sabit olmasa da belə”.