"Neftçi"dən mənə təklif gələndə özümlə qürur duydum. Bu, məni çox sevindirdi".
"Football-plus.az" xəbər verir ki, bunu "Neftçi"nin yeni transferi Sessi D Almeyda deyib. 29 yaşlı futbolçu son mövsümü Cənubi Kiprin “Apollon" (Limassol) klubunda keçirib.
O, "Neftçi" haqqında Koffidən eşitdiyini bildirib:
"Komandamla çox yaxşı mövsüm keçirmişdim. Düşünürəm ki, zəhmətim bəhrəsini verdi. Öz üzərimdə çox çalışıb, fədakarlıq etmişdim. Nəticədə belə bir təklif aldım. Cəmi 2 gün burada olduğuma baxmayaraq, hər şey ürəyimcədi. Bakı çox gözəl şəhərdir, məndə xoş təəssürat yaratdı. Bura çox gözəlölkə təsiri bağışlayır. "Neftçi" haqqında əvvəllər eşitmişdim. Burada oynayan dostum Koffi var. İlk dəfə klub barədə ondan eşitmişdim. Sonra özüm araşdırma apardım. Mənə dedilər, bu, Azərbaycanın, xüsusilə Bakının tarixi klubudu".
Sesi ən güclü tərəfləri barədə də açıqlama verib:
"Ən güclü xüsusiyyətim topu qazanmaqdı. Mən dayaq yarımmüdafiəçisiyəm və bu baxımdan komandanın daha aqressiv olmasında, topun geri alınmasında hücuma qoşulmada çox kömək edə bilər. Qətiyyətliyəm, bu, mənim əsas xüsusiyyətlərimdən biridi".