Millimiz iki pillə gerilədi - reytinq

6.06.2025 13:52 10
İdman
Qadın seriyasının Bakı mərhələsindən sonra basketbolun 3x3 növü üzrə komandaların dünya reytinqi açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, qadınlardan ibarət millimiz də siyahıda yer alıb.

Yığmamız dünyada 30-cu sıradadı. Komandanın hesabında 83,991 xal var. 20,430 xal itirən millimiz ötən siyahı ilə müqayisədə iki pillə geriləyib.

Qeyd edək ki, cədvələ Niderland millisi başçılıq edir – 533,533 xal.