Millimizin dünya reytinqindəki mövqeyi

15.07.2024 10:46 251
İdman
Basketbolun 3x3 növü üzrə qadınlardan ibarət komandaların reytinq siyahısı açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, cədvəldə dünyanın ən yaxşı 30 komandası yer alıb.

Millimiz dünyada 12-cidi. Yığmamızın hesabında 294,562 xal var.

Komandamız ötən cədvəllə müqayisədə 10,503 xal itirib. Bu, yığmanın 1 pillə geriləməsinə səbəb olub. Cədvələ Kanada başçılıq edir – 686,946. Fransa (521,632) ikinci, Niderland (495,469) üçüncüdür.

Qeyd edək ki, kişilərdən ibarət komandaların cədvəlinə ABŞ təmsilçisi “Mayami” başçılıq edir – 2826,248.