Bir saat əvvəl “Turan Tovuz” instaqram hesabında bəyanat yayıb.
“Football-plus.az” qərb təmsilçisinin bəyanatını təqdim edir.
“Son günlər klubumuz haqda həqiqətə uyğun olmayan, əsassız xəbərlər yayılmaqdadı. Mövsümün başa çatmasına baxmayaraq, baş məşqçimiz Kurban Berdıyev ölkəmizi tərk etməyib və daha güclü heyət formalaşdırmaq üçün klub rəhbərliyi ilə müntəzəm fikir mübadiləsi aparır. Qeyd etmək istəyirik ki, baş məşqçimizlə müqaviləmiz davam edir, klub rəhbərliyi daha iddialı klub formalaşdırmaq üçün Kurban Berdıyevə tam dəstəyini nümayiş etdirir. Azarkeşlərimizi və futbol ictimaiyyətini dəqiqləşdirilməmiş, klubun imicinə zərər vuran, əsassız və yalan xəbərlərə etibar etməməyə çağırırıq. Bildirmək istəyirik ki, təlim-məşq toplanışı, transfer siyasəti, infrastruktur və digər layihələrlə bağlı bütün məlumatlar rəsmi olaraq klubumuz tərəfindən ictimaiyyətə açıqlanacaq”.