"Football-plus.az" xəbər verir ki, bunu minifutbol üzrə dünya çempionluğunu qazanan millimizin baş məşqçisi Elşad Quliyev deyib.
O, Bakıda keçirilən dünya çempionatında Macarıstan komandasına 4:2 hesabı ilə qalib gəldikləri final oyunundan sonra fikirlərini bölüşüb:
"Rəhbərliyimizi, əməyi keçən hər kəsi təbrik edirik. Çox möhtəşəm qələbədi. Bu hissləri yaşamaq lazımdı. Biz bütün oyunlara templə başlayırıq. Bəzən son zərbəmiz alınırdı, bəzən alınmırdı. Bu dəfə hər şey yaxşı oldu və 4 qolla qalib gəldik".





