“Göyərçin”dən stadiona yürüş - nəhəng finala 3 saat qaldı

31.05.2025 16:00 23
Ölkə futbolu / Manşet
“Qarabağ”ın azarkeş qrupu “İmarət Tayfa” final oyunundan əvvəl böyük yürüş planlaşdırır.

Belə ki, 2009-cu ildən fəaliyyət göstərən fanklub Sumqayıtın rəmzlərindən sayılan “Göyərçin” parkından Mehdi Hüseynzadə adına şəhər stadionuna yürüş edəcək.

Redaksiyamıza daxil olan məlumata görə yürüş saat 17.00-da başlayacaq. Oyunun start fiti isə 19.00-da səslənəcək.

MÜZƏFFƏR QULUZADƏ