Rəmzi komandada 4 “Liverpul”lu

28.05.2025 21:55 10
Dünya futbolu
İngiltərə premyer-liqasında 2024/25 mövsümünün rəmzi komandası müəyyənləşib.

Futbol qurumunun saytının məlumatına görə, heyətə çempion “Liverpul”dan 4, vitse-çempion “Arsenal”dan 2, “Nottingem Forest”, “Mançester Siti”, “Brentford”, “Vulverhempton” və “Nyukasl”dan isə 1 futbolçu layiq bilinib. Rəmzi “11-liy”ə aşağıdakı oyunçular düşüb:

Qapıçı: Mats Sels (Nottingem Forest).

Müdafiəçilər: Trent Aleksander-Arnold, Vircil van Diyk (hər ikisi “Liverpul”), Vilyam Saliba (Arsenal), Yoşko Qvardiol (Mançester Siti).

Yarımmüdafiəçilər: Rayan Qravenberx (Liverpul), Deklan Rays (Arsenal), Brayan Mbemo (Brentford), Metyus Kunya (Vulverhempton).

Hücumçular: Məhəmməd Salah (Liverpul), Aleksander İsak (Nyukasl).