2024/25 mövsümü əcnəbi futbolçuların 1-ci liqadakı fəallığı ilə yadda qaldı.
Son mövsümdə həm legioner futbolçuların vurduğu qolların, həm də 1-ci liqada təmsil olunan ölkələrin sayında rekord nəticə qeydə alındı. Aşağıda mövsümün geniş statistik göstəriciləri ilə tanış ola bilərsiz:
Konqolu bombardir
Bu mövsüm 1-ci liqada 17 legioner futbolçu rəqib qapılarına yol tapıb. Bombardirlər cədvəlinə bir ara Konqo Demokratik Respublikası millisinə də çağrılan Domi Massumo başçılıq edir. Siyahıda vaxtilə "Kəpəz"in formasını geymiş Abdullahi Şuaybu, Gəncə klubundan icarəyə götürülmüş qanalı Ezekiel Morqanın da adı var. 1-ci liqada qol vuran bütün legionerlərin statistikası:
1. Domi Massumo - 16 (Konqo Demokratik Respublikası, Qəbələ)
2. Ezekiel Morqan - 10 (Qana, Karvan)
3. Abdullahi Şuaybu – 8* (Nigeriya, Qəbələ)
4. Jan Pol Assumu - 8 (Nigeriya, Zaqatala)
5. Kristian Kamta - 8 (Kamerun, Difai)
6. Pablo Enrike Alveş - 7 (Braziliya, İmişli)
7. Muhammed Alfa - 7 (Nigeriya, Difai)
8. Şahin Balejai - 4 (İran, Baku Sportinq)
9. Luka Stevanoviç - 4 (Serbiya, Baku Sportinq)
10. Oçe Oçoveçi - 4 (Nigeriya, Qəbələ)
11. Peter Kinqs - 4 (Nigeriya, Karvan)
12. Oluvasen Timilehin - 4 (Nigeriya, İmişli)
13. Abba Usman - 4 (Nigeriya, Mingəçevir)
14. Əbu Sufyan Vaddu - 2 (Niger, Zaqatala)
15. Dioqo Vaskes - 1 (Braziliya, İmişli)
16. Stenli Okezi - 1 (Braziliya, Zaqatala)
17. Fanen Jozef Akyam - 1 (Nigeriya, Mingəçevir)
9 fərqli ölkədən qolçu
1-ci liqanın coğrafiyası genişlənməkdə davam edir. Belə ki, aşağı divizionda Afrika, Cənubi Amerika, Asiya və Avropa qitəsini təmsil edən müxtəlif ölkələrin təmsilçiləri məhsuldarlığını gösgərib. Futbolçuları qol vuran ölkələrin siyahısına nəzər salaq: Nigeriya, Konqo Demokratik Respublikası, Qana, Niger, Qabon, Kamerun, İran, Braziliya, Serbiya.
Ən “məhsuldar" ölkələr
1-ci liqada legioner futbolçular ümumilikdə 93 dəfə fərqlənib ki, bu qolların da təxminən üçdəbiri Nigeriyanın payına düşür. Belə ki, nigeriyalı futbolçular birlikdə 33 qol vurub.
1. Nigeriya - 33
2. Konqo Demokratik Respublikası - 16
3. Qana - 10
4. Qabon - 8
5. Kamerun- 8
6. Braziliya - 8
7. İran - 4
8. Serbiya - 4
9. Niger - 2
Legionerləri ən çox fərqlənən klublar
1-ci liqanın son çempionu "Qəbələ"nin premyer-liqaya vəsiqə qazanmasında əcnəbilərin payı çox böyükdü. Çempionun vurduğu 56 qolun tən yarısına (28 qol) legionerlər imza atıb. Maraqlıdı ki, "Qaradağ Lökbatan", "Cəbrayıl” və MOİK-in qollarını yalnız yerli futbolçular vurub. Hansı klubların legionerlərinin nə qədər qol vurduğuna baxaq.
1. Qəbələ - 28
2. Difai - 15
3. Karvan - 14
4. İmişli - 12
5. Zaqatala - 11
6. Baku Sportinq – 8
7. Mingəçevir – 5
Qeyd: statistika PFL-in saytında yer alan protokollar əsasında hazırlanıb.
* Şuaybu protokollara əsasən 8 qol vursa da, PFL-in saytında "bombardirlər cədvəli" hissəsində səhvən 9 qol yazılıb.
NƏBATİ NURƏLİYEV