“Baku Sportinq” niyə bəyanat yaymır? - klubdan açıqlama

27.05.2025 19:49 78
Aktual / Ölkə futbolu
“Baku Sportinq”in 9-cu məğlubiyyətindən sonra klubun mətbuat katibi Araz Əhmədov “Football-plus.az”a açıqlamasında böyük ehtimalla son uğursuzluqlarla bağlı klub tərəfindən bəyanat yayılacağını demişdi.

1-ci liqanın sonuncu turunda da qələbə qazana bilməyən qəsəbə təmsilçisinin uğursuz seriyası 10-a çatdı. “Baku Sportinq” gözlənilən bəyanatı yayacaqmı? Sualı Araz bəyə özünə ünvanladıq:

"Mövsüm yeni bitdi, rəhbərlik iclas keçirəcək. Ondan sonra, yəqin ki, açıqlama da, bəyanat da olacaq".

MÜZƏFFƏR QULUZADƏ