Misli premyer-liqasında 2024/25 mövsümünə yekun vurulub. Çempionatın bombardiri “Qarabağ”ın futbolçusu Leandro Andrade olub.
Portuqaliyalı yarımmüdafiəçi mövsümdə 15 qol vurub. O, ilk dəfə premyer-liqanın bombardiri mükafatını qazanıb.
"Football-plus.az" xəbər verir ki, ardıcıl 4-cü, tarixdə 10-cu dəfə “Qarabağ”ın futbolçusu ölkə çempionatlarının ən məhsuldar oyunçusu olub.
Ağdam təmsilçisi oyunçularının bombardirliyi sayında rekordçudu.