“Qarabağ” “Qəbələ”ylə çempionat oyunlarında vurulan qol sayında 100-ü keçib.
"Football-plus.az" xəbər verir ki, Misli premyer-liqasının 23-cü turundan təxirə salınan oyuna qədər rəqib qapısına 98 dəfə yol tapan Ağdam təmsilçisi 4:0 hesablı qələbə qazanıb.
Riçard Almeydanın penaltidən vurduğu ikinci top bu duellərdə komandasının 100-cü qolu olub. “Qarabağ” matçın sonuna kimi bu rəqəmi 102-yə çatdırıb. Bu, komandalar arasında 61-ci matçda baş verib.
Bu, ölkə çempionatlarının 32 illik tarixində beşinci belə hadisədi. "Qarabağ" daha əvvəl “Neftçi”, “Sumqayıt” və “Şamaxı” ilə görüşlərdə 100 qol həddini keçib. “Neftçi” isə buna “Şamaxı” ilə qarşılaşmalarda nail olub.
1. “Qarabağ” – 120 (“Neftçi”)
2. “Neftçi” – 119 (“Şamaxı”)
3. “Qarabağ” – 116 (“Sumqayıt”)
4. “Qarabağ” – 107 (“Şamaxı”)
5. “Qarabağ” – 102 (“Qəbələ”)