"Turan Tovuz" ən böyükhesablı qələbə rekordunu təkrarladı

26.05.2025 13:32 14
Ölkə futbolu
“Turan Tovuz” Misli premyer-liqasında ən böyükhesablı qələbə rekordunu təkrarlayıb. Tovuz təmsilçisi 36-cı turda “Kəpəz”i 4 cavabsız qolla məğlub edib.

"Football-plus.az" xəbər verir ki, bu, klubun "Turan Tovuz" adı ilə çıxış etdikdən sonra premyer-liqada 4 top fərqli 3-cü qələbədi. 2022/23 mövsümündə “Neftçi”ni, 2023/24 mövsümündə “Kəpəz”i 4:0 hesabı ilə məğlub edən “Turan Tovuz” bu göstəricini təkrarlayıb.

Qərb derbisindəki qələbə həm də iki yubileylə əlamətdar olub. Tovuz təmsilçisi premyer-liqada evdə 20-ci qələbə və 75-ci qola sevinib. Əlamətdar qola Ayxan Hüseynov imza atıb.

Qeyd edək ki, Tovuz təmsilçisi 2022-ci ilin yayından hazırkı adla premyer-liqada çıxış edir.