“Bəli, kubokun finalında “Qarabağ”a azarkeşlik edəcəyik” – daha bir etiraf

25.05.2025 18:15 26
Aktual / Ölkə futbolu
Hazırda avrokuboklara üç vəsiqənin sahibi bəllidi. “Qarabağ”, “Zirə” və “Araz-Naxçıvan” Avropada oynamağı təmin edib. Amma avrokuboklara 4-cü vəsiqə uğrunda mübarizə gedir.

Həlledici məqam isə ölkə kubokunun finalıdı. “Qarabağ” finalda qalib gələrsə, “Turan Tovuz”, uduzarsa, “Sabah” Avropaya yollanacaq. Kubokun mayın 31-də keçiriləcək finalında “Qarabağ”la “Sabah” üz-üzə gələcək.

Kubokun finalında “Qarabağ”a azarkeşlik etməklə bağlı planlar qurursuzmu? “Sumqayıt”a neçə nəfərlə yollanmağı planlaşdırırsız? Bu sualları “Ultras Turan”ın rəhbəri Kamal Saqqayevə ünvanladıq:
“Bəli, kubokun finalında “Qarabağ”a azarkeşlik edəcəyik. “Kəpəz”lə derbidən sonra fikrimizi dəqiqləşdirəcəyik”.


Hərçənd “Kəpəz”lə derbinin nəticəsinin Sumqayıta neçə azarkeşlə getməyə hansı təsirinin olduğunu müəyyənləşdirə bilmədik…

ƏSƏD SEYİDOV