İvan Rakitiç vacib qərar verib. Xorvatiya millisinin sabiq üzvü karyerasını baça vurmaq qərarına gəlib.
“Sport” qəzetinin xəbərinə görə, Xorvatiya çempionatının son turunda “Şibenik”lə matç Rakitiç üçün karyerasında sonuncu olacaq.
Qeyd edək ki, hazırda “Hayduk”da çıxış edən 37 yaşlı yarımmüdafiəçi futbolçu həyatında “Bazel”, “Barselona”, “Sevilya”, “Şalke-04” və “Əl-Şabab”ın da formasını geyib. O, Xorvatiya yığmasında 106 matçda 15 qol vurub.