İlkay Gündoğan Almaniya yığmasındakı karyerası ilə bağlı vacib qərar verib.
O, bundestimdən ayrılmağı lazım bilib.
Almaniya yığmasında 2011-ci ildə debüt edən yarımmüdafiəçi bu komandada keçirdiyi 82 oyunda 19 qol vurub və 9 məhsuldar ötürmə verib. 33 yaşlı futbolçu bundestimdən ayrılmasını mövcud təqvimin sıxlığı ilə əlaqələndirib. Bu səbəbdən yalnız klub karyerasını davam etdirməyə məcbur olduğunu bildirib.
Yeri gəlmişkən, onun “Barselona”da qalıb-qalmayacağına hələ ki tam aydınlıq gəlməyib.