• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Ay öyrəndin, can öyrəndin... - KÖŞƏ

Manşet / Yazarlar

20-05-2025, 14:0

Sevgilim, sən maral kimi
Süzməyi kimdən öyrəndin?
Öz əlinlə bənövşəni
Üzməyi kimdən öyrəndin? (Aşıq mahnısı)


Heç nə səbəbsiz olmur. Elə mənim bu məşhur aşıq mahnısının misralarını xatırlamağım, sonra da onları yazıma sərlöhvə etməyim də səbəbsiz deyil.

Bu yaxınlarda “Neftçi”nin sabiq kapitanı Emin Mahmudovun Samir Abasov barədə ötən ilin oktyabrında dedikləri barədə qeydlər etmişdim. Samir Abasov “Neftçi”nin baş məşqçisi postunda Roman Qriqorçuku əvəzləmiş və dərhal da “ağ-qaralar” “Səbail” üzərində qələbə qazanmışdı. Oyundan sonra jurnalistlər kefi kök olan Mahmudovdan Abasovun “Neftçi”yə təyinatının düz addım olub-olmadığını soruşmuşdular. O da cavabında “Samir Abasovun gəlişi həmişə doğru addımdı” demişdi.

Zaman göstərdi ki, heç də düzgün addım deyilmiş. Samir Abasov faktiki “Neftçi”ni böhrandan çıxara bilmədi. Avrokuboklara qatılmaq üçün qısa yol sayılan ölkə kubokunda uğursuzluqla üzləşən paytaxt klubu premyer-liqada da üzləri güldürmədi. Hazırda 40 xalla 6-cı olan “Neftçi”nin mövsümün sonunda 5-ci pillədən yuxarı qalxa bilməyəcəyi dəqiqdi. Özü də bütün bunlar onun fonunda baş verir ki, 4-cü pillədəki “Turan Tovuz” üçün belə mövsüm uğursuz keçib. Qərb təmsilçisi 34 tur ərzində cəmi 12 qələbə qazanıb, 9 oyunda meydandan xalsız ayrılıb. Amma yenə də Tovuz təmsilçisi “Neftçi” üçün əlçatmazdı. Di gəl ki, oktyabrda Samir Abasovun “Neftçi”yə gəlişini uğurlu addım kimi qiymətləndirənlər vardı, ona xilaskar gözüylə baxırdılar. O cümlədən də Emin Mahmudov belə düşünürdü.

Heç şübhəsiz, Mahmudov bu sözləri yeni baş məşqçiyə xoş gəlmək üçün dilə gətirmişdi. İnsafən, heç də pis alınmadı. Komandanın liderlərindən sayılan, yerli futbolçular arasında ən yüksəködənişlilərdən olan Emin faktiki mövsümü yola verməklə məşğul oldu. Çətin məqamlarda onu meydanda görmədik, zədəli olduğu deyildi. Türkün sözü, salladı başı, aldı maaşı. Heç Samir Abasov da bu durumdan narazılığını dilə gətirmədi. Deyəsən, Emin Mahmudov Abasovun həyat və yaradıcılığı yaxından öyrənir, onun bəzi hərəkətlərini təkrarlamağa çalışır. Bir halda ki, Samir bəy bu cür davranışlarla özünə normal məşqçi karyerası qurub, daim “vitrində” yer alır, futbolçular da ona oxşamağa niyə çalışmasın?!

Niyəsini indi sizə deyəcəyəm. “Turan Tovuz”la oyundan sonra Emin Mahmudovdan kubokun finalı ilə bağlı soruşublar. O da deyib ki, final qarşılaşmasına baxmayacaq. Guya küskündü. Bəlkə də final onun üçün maraqsız ola bilər. Lap elə heç də yorulmadığı mövsümün sonunda istirahətə də yollanar. Amma bunu bu cür nümayişkaranə şəkildə dilə gətirmək Azərbaycan futboluna hörmətsizlikdi. Sən millinin futbolçususan, futbol ictimaiyyəti arasında seçilənlərdənsən. Azarkeşlərdə kubokun finalına maraq yararmaqdansa, deyirsən ki, finala baxmayacam. Millinin kapitanı olmuş biri belə deyirsə, sıravi insanlar ölkə kubokunun finalına necə həvəs göstərsinlər?!

Bunun adı küskünlükdü. “Neftçi” finala çıxa bilməyib, Emin Mahmudov kubokdan küsüb. Eynilə bir vaxtlar Samir Abasov da belə etmişdi. “Neftçi”dən istefaya göndəriləndən sonra rayona yollanmışdı, deyirdi ki, orda odun doğrayır, qışa hazırlıq görür. Heç özünə əziyyət verib, Azərbaycan klublarının avrokuboklardakı qarşılaşmalarını da izləməmişdi. Bəlkə də, izləmişdi, amma acıq vermək üçün o cür deyirdi. Hər halda, Emin Mahmudovun da onun açdığı cığırla irəlilədiyi görünür.

Aşığın misraları da belə yerdə yada düşür. Obrazlı desək, Emin Mahmudov futboldan küsməyi Samir Abasovdan öyrənib.

AMAL

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

14-10-2024, 16:0

“Neftçi” Samir Abasovla neçə illik müqavilə imzalayıb?

Ölkə futbolu / Premyer-liqa / Manşet

11-05-2024, 12:0

"İmarət" Bojoviçi qıcıqlandırmaq üçün "Samir Abasov" dedi - AÇIQLAMA

Ölkə futbolu

14-10-2024, 11:0

Samir Abasov “Sumqayıt”dan ayrıldı

Ölkə futbolu / Manşet

5-04-2025, 11:0

Samir Abasovun “Rza Cəfərov kartı” özünü də “yandırdı”, “Neftçi”ni də!

Premyer-liqa

10-11-2022, 15:0

Samir Abasovun cəzası bəlli oldu

Ölkə futbolu / Video

16-10-2024, 10:0

“Neftçi”yə qayıdan Samir Abasovun ilk müsahibəsi - VİDEO

Aktual
Zlomisliç Şehiçlə Beqoviçin ənənəsini davam etdirə biləcəkmi? - Qurban Qurbanov yenə bosniyalı seçdi
“Kəpəz”də baş məşqçi karuseli - azarkeşlər Azər Məmmədovu istəmir, sədr isə...
“Səbail”, “Şahdağ Qusar” və “Xankəndi” daha fəaldı -1-ci liqada “yatanlar” da var, gözləyənlər də
Vicdansız Kristiansen! – Roderik Milleri son oyuna da buraxmadı
“Hər ehtiyacları mənim tərəfimdən qarşılanacaq” – Mahir Şükürovun məktəbi işə başladı
“Bir məşqçini Konfrans Liqasında mərhələ keçib-keçməməyə görə işə götürmürlər” – “Neftçi” niyə tələsdi?
Son xəbərlər
  • Bu gün, 14:49
    Kanada, Braziliya, Paraqvay, Mərakeş... – bu gün Norveçlə Fransanın da taleyi bilinəcək - DÇ günü
  • Bu gün, 14:44
    Kaşkilyanın da Allahı var!
  • Bu gün, 14:29
    Şirvanın iki futbol klubu birləşdi
  • Bu gün, 14:09
    Asim Xudiyevə yeni mövsümün ilk təyinatı
  • Bu gün, 13:56
    68 ildən sonra ən məhsuldar çıxış
  • Bu gün, 13:28
    Afrika rekordu yeniləndi
  • Bu gün, 12:46
    Dünya çempionatında rekordçu oldu
  • Bu gün, 12:15
    "Zirə" Türkiyə klubuna qarşı
  • Bu gün, 12:00
    Dünya çempionatında yeni rekord
  • Bu gün, 11:32
    Vüsal İsgəndərli Kosova klubunda
  • Bu gün, 11:09
    UFC Fight Night Bakıda: 72 ölkə, 11 min azarkeş və tarixi gecə
  • Bu gün, 11:03
    Zlomisliç Şehiçlə Beqoviçin ənənəsini davam etdirə biləcəkmi? - Qurban Qurbanov yenə bosniyalı seçdi
  • Bu gün, 10:40
    Milli komandada məşqçi-futbolçu qarşıdurması
  • Bu gün, 10:00
    Uğursuzluğa dözmədi
  • Bu gün, 00:00
    Milli komandanın tarixinə düşdü
  • Dünən, 23:05
    Braziliya 1/8 finala vəsiqə qazandı - DÇ gecəsi
  • Dünən, 22:48
    Avtoqol rekordu təkrarlandı
  • Dünən, 22:15
    Leverkuzenə qayıtmayacaq
  • Dünən, 21:46
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 21:20
    Dünya çempionatının tarixinə düşdü
  • Dünən, 20:49
    "Zirə"nin növbəti rəqibi bilindi
  • Dünən, 20:10
    “Barselona”nı tərk etdi
  • Dünən, 19:35
    “Kəpəz”də baş məşqçi karuseli - azarkeşlər Azər Məmmədovu istəmir, sədr isə...
  • Dünən, 19:01
    AFFA İcraiyyə Komitəsinin iclası keçirildi
  • Dünən, 18:40
    “Uimbldon”un sabiq qalibinə sərt cəza - Vondrouşova dördillik cəza aldı
  • Dünən, 18:09
    “Qəbələ”dən mövsümün ilk transferi
  • Dünən, 17:46
    Karberi əvvəlkindən daha çox qazanacaq
  • Dünən, 17:10
    "İmişli" Kaşkilya ilə yolları ayırdı
  • Dünən, 16:12
    “Səbail”, “Şahdağ Qusar” və “Xankəndi” daha fəaldı -1-ci liqada “yatanlar” da var, gözləyənlər də
  • Dünən, 15:41
    Berqamonu tərk etdi
  • Dünən, 15:10
    MMA döyüşçümüz Çində qələbə qazandı
  • Dünən, 14:38
    "Araz-Naxçıvan"ın rəqibləri açıqlandı
  • Dünən, 14:07
    Əfsanəli illər... - KÖŞƏ
  • Dünən, 13:36
    Millimiz ilk dəfə Avropa çempionatında iştirak edəcək
  • Dünən, 13:05
    İspaniya klubunu tərk etdi
Daha çox
Oxunub: 448
Çempion komandanı atdı, “Zirə”yə gəldi – nə qəribə!
Oxunub: 316
UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
Oxunub: 284
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 242
Ramil Şeydayev “Dinamo”da! – gəldiyi yerə dönür
Oxunub: 231
Arif Əsədov “Kəpəz”də çalışmaqdan niyə imtina etdi? – detallar üzə çıxdı
Oxunub: 199
Varqas nağılı başa çatır! – belə şey olar?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə